Ötən gün Bakıda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, "Mercedes" markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini 25 yaşlı Vüqar Abdulayev, onun sərnişinləri Goranboy rayon sakini 25 yaşlı Jalə Aslanova və Samux sakini 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş.
Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.
Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi yanvarın 1-i paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə "Mercedes" markalı avtomobilin dirəyə çırpıldıqdan sonra "Toyota Prius"un qarşısına çıxması nəticəsində baş verib.
Qəza nəticəsində “Mercedes”də olan 3 nəfər hadisə yerində, “Toyota Prius”da olan 2 nəfər isə xəstəxanada vəfat edib. Ağır qəzada ölənlər sürücülər 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, onların sərnişinləri 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il təvəllüdlü Jalə Aslanovadır.