Xəzər Xəbər

Naxçıvanda ticarət mərkəzindən oğurluq edən qadın tutulub

Hadisə | 12:01 • 2 Yanvar 2023
Naxçıvanda ticarət mərkəzindən oğurluq edən qadın tutulub

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Xəbər lenti