Xəzər Xəbər

Son 3 ayda it dişləməsindən 321 nəfər müraciət edib

Cəmiyyət | 09:55 • 1 Noyabr 2022
Son 3 ayda it dişləməsindən 321 nəfər müraciət edib

Son 3 ayda Kliniki Tibbi Mərkəzə (KTM) it dişləməsindən 321 nəfər müraciət edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəsisəsinə yönləndirilib.

Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.

Xəbər lenti