Müğənni Natavan Həbibi rep ifaçısı Dado Əliyevlə (Səid) rəsmən nişanlanıb.
XəzərXəbər xəbər verir ki, sənətçinin dünən Bakıdakı restoranların birində nişan mərasimi keçirilib. Gözəl libası ilə diqqət çəkən ifaçı həyatın ən əziz günü olduğunu bildirib.
Natavan Həbibi mətbuata uzun müddətdir ki, Dado ilə birlikdə olduqlarını açıqlayıb.