Xəzər Xəbər

Barmaqları daim soyuq olanlar, DİQQƏT: Bu, o xəstəliyin əlamətidir

Cəmiyyət | 12:11 • 19 Mart 2017
Barmaqları daim soyuq olanlar,

Bədən ilk növbədə həyati əhəmiyyət kəsb edən orqanlara istilik göndərir. Bu halda barmaqlar bir az soyuq qalır. Ancaq digər hallarda bir çox sağlamlıq problemləri barmaqların davamlı olaraq soyuq qalmasına səbəb ola bilər.

XəzərXəbər lent.az-a istinadən barmaqların soyumasına səbəb olan hallarla sizi tanış edir.

Raynaund xəstəliyi

Bu xəstəlik əllərdə, barmaqlarda, qulaq və burun qan dövranının pozulması nəticəsində ortaya çıxır. Qan dövranının azalmasıyla barmaq ucları əvvəlcə ağ rəng alır. Ağ olan hissələr gün keçdikcə qızarıb yanmağa başlayır.

Outoimmun pozuntusu

Outoimmun pozuntusu immunitet sisteminin əks fəaliyyəti nəticəsində sağlam hüceyrələrə hücum vəziyyətinə deyilir. İmmunitet sistemi bədənin normal komponentlərini özününkü hesab etməyərək, toxumalara və ya orqanlara hücum edən bakteriyalar əmələ gətirir. Bunun nəticəsində isə iltihablanma və outoimmun pozuntusu ortaya çıxır.

Tiroid xəstəliyi

Tiroid vəzinin kifayət qədər hormon istehsal etməməsi nəticəsində ortaya çıxan xəstəlikdir. Yod çatışmazlığı bu xəstəliyin ən əhəmiyyətli səbəblərindən biridir. Tiroid vəzi az fəaliyyət göstərdikdə hipofiz TSH-ın qana verilməsi artır. Bədən toxumaları üçün lazımlı miqdarda tiroid hormonu ifraz etmir. Bunun nəticəsində hipotiroit meydana gəlir. Toxumalara kifayət qədər qanın çata bilməməsinin digər səbəbi də budur.

Anemiya xəstəliyi

Qanda qırmızı qan hüceyrələri olur. Bu qan hüceyrələrinin içərisində bədənə oksigen daşınmasını təmin edən hemoqlobin var. Hemoqlobin aşağı düşdükdə qan azlığı problemi yaranır. Soyuq əl və barmaqlarla yanaşı baş gicəllənməsi, nəfəs darlığı, göz qaralması kimi bir çox əlamətlər də müşahidə edilə bilər.

B12 çatışmazlığı

B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. B12 ən çox ev heyvanları, ət, yumurta və süddə olur. B12 vitamini olmadıqda qan hüceyrələrinin istehsalı azalır və hüceyrələr keyfiyyətsizləşir. Bunun nəticəsində toxumalara kifayət qədər qan getmir və əl-ayaq üşüməyə başlayır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti