Xəzər Xəbər

"Qalatasaray" futbolçusunu 14 milyon avroya satdı

İdman | 12:31 • 2 Avqust 2019
"Qalatasaray" futbolçusunu 14 milyon avroya satdı

Radamel Falkaonun transferi üçün Mbaye Diagnenin satılmasını gözləyən "Qalatasaray" şad xəbər alıb.


İstanbul təmsilçisi seneqallı forvardın transferini Qəğərin "Əl Rayyan" klubu ilə razılaşdırıb. Türkiyə mətbuatının məlumatına görə, qətərlilər bu transfer üçün 14 milyon avro ödəyəcək.


Bildirilir ki, "Qalatasaray" Diagnenin satışından gələn vəsaitlə Radamel Falkaonu və ön libero mövqeyinə bir futbolçu transfer edəcək.


Fanat.Az

Xəbər lenti