Xəzər Xəbər

Premyer Liqa təmsilçisindən 15 milyonluq transfer

İdman | 15:36 • 1 Avqust 2019
Premyer Liqa təmsilçisindən 15 milyonluq transfer

İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut" yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "gilaslar" Belçikanın "Brügge" klubunun vingeri Arno Qruneveldi transfer edib. Nigeriya əsilli hollandiyalı futbolçunun keçidi üçün 15 milyon avro təzminat ödənilib. 22 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

Hollandiya yığmasına dəvət alan futbolçu PSV-nin yetirməsidir.Arno Qruneveld ötən yay NEK-dən "Brügge"yə keçmişdi.

Xəbər lenti