Xəzər Xəbər

İbrahimoviçdən Poqba açıqlaması - "Buraxın getsin" - FOTO

İdman | 16:26 • 1 Avqust 2019
İbrahimoviçdən Poqba açıqlaması - "Buraxın getsin" - FOTO

MLS komandalarından "Los Anceles Qalaksi" forması geyinən Zlatan İbrahimoviç Pol Poqba haqqında verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Ulduz futbolçu BBC-ə açıqlamasında "Mançestr Yunayted"in fransalı futbolçunu buraxmalı olduğunu bildirib. "Poqba komandada qalmaq istəmirsə, ona israr etmək və ya düşüncəsindən döndərmək yersizdir" - deyən İbra əks halda bunun tərəflərin hər ikisi üçün zərərli olacağını söyləyib.

"Mən Pol Poqbanı yaxşı tanıyıram. Onun xarakterinə bələdəm. Əgər o getmək istəyirsə, bir yolunu tapıb Mançestrdan çıxacaq. "Yunayted"in israrı, onu yolundan döndərmək cəhdləri həm komandanın imici üçün zərərdir. Həm də ki, məşqləri baykot edəcək olan Poqbyaya da bir zərbədir ki, bu onun formadan düşməyinə gətirib çıxaracaq" - Zlatan İbrahimoviç düşüncələrini bölüşərkən bunları söyləyib.

Qeyd edək ki, fransalı futbolçunun uzun müddətdir ki, "RealMadrid"ə keçidi gündəmdədir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti