Xəzər Xəbər

Karantin rejimi tətbiq olunan bölgələrdə də buraxılış və qəbul imtahanları keçiriləcək - VİDEO

Veb TV | 08:14 • 15 İyul 2020
Karantin rejimi tətbiq olunan bölgələrdə də buraxılış və qəbul imtahanları keçiriləcək -
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. 


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzi xəbər yayıb. 


Bildirilir ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti