Xəzər Xəbər

Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı VİDEO

Veb TV | 21:33 • 25 May 2020
Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

Dünən Mingəçevirdə həyat yoldaşının avtomobili ilə sürücülüyü öyrənən qadın ağır hadisə törədib. 13 nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb. Baş vermiş hadisə avtomobil idarə etməyi yaxınlarından öyrənməyin nə qədər doğru olub olmamasını gündəmə gətirir. Peşəkar təlimçilər bunun təhlükəli olması ilə yanaşı, qanunla qadağan edildiyini deyirlər.

 

 

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilir ki, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Zülfiyyə Xudiyeva ərinə məxsus avtomobili idarə edərkən şəhər sakinləri olan, 10-u azyaşlı olmaqla 13 nəfəri vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimin sözlərinə görə, onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb.

 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət məcəlləsinin ''Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma'' maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Baş vermiş hadisə qadınlara həyat yoldaşı, atası və yaxud da qardaşı tərəfindən sürücülük təlimi keçilməsinin nə qədər doğru olub olmadığnı gündəmə gətirir. 6 ildir Bakıda qadınlara sürücülük təlimi keçən Arzu Babazadə deyir ki, bir qadının ailəsi tərəfindən sürücülüyü öyrənmək olduqca təhlükəlidir. Təlimçinin sözlərinə görə, sözügedən qəzanı törədən xanım yəqin ki, psixoloji travma alıb. Belə insanlar illər sonra təlimə gəldikdə ona avtomobil sürməyi və yaxud da yol hərəkəti qaydasını öyrətmək çox çətin olur. Buna görə də təlim keçmək üçün mütləq qaydada peşəkara müraciət etmək lazımdır.

 

Qeyd edək ki, istənilən şəxs sürücülük imtahanına daxil olmazdan əvvəl o nəzəriyyə dərsləri almalıdır. Yəni yol hərəkəti haqqında qanun və onun tələblərini mütləq qaydada öyrənməlidir. Burda yol hərkəti nişanlarından tutmuş, sürücülük vərdişlərinə qədər bütün nüanslar belə var.

 

Qeyd edək ki, avtomobil sürməyi yeni öyrənənlər ən azı 20 dərs peşəkar təlimçinin yanında avtomobil idarə etməlidir.

 

Xəbər lenti