Xəzər Xəbər

“Fermer Kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq VİDEO

Veb TV | 21:10 • 20 İyun 2020
“Fermer Kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq

Fermer kartlarından təyinatına uyğun olaraq istifadə edilməməsi vətəndaşların növbəti dəfə subsidiya almasında problemlərə səbəb ola bilər. Bununla bağlı fermerlərə müraciət edən Kənd Təsərrüfatı Nazirliyi həmin kartları heç kimə verməməyi də tövsiyyə edir. Çünki, bəzi işbazlar insanların sadəlövhlüyündən istifadə edib kartdakı vəsaiti mənimsəməyə cəhd edirlər.

 

"Fermer kartı"ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər. Bu, fermer kartının istifadəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə çalışan şəxslərə müraciətində qeyd olunub.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirir ki, vətəndaşlar onlara verilən fermer kartlarını heç bir halda başqa şəxslərə verməsinlər.

 

Aparılan araşdırmalar göstərir ki, bəzi işbazlar insanların sadəlövhlüyündən istifadə edərək bu kartlardakı pulları çıxarmağa cəhd edirlər. Buna görə vətəndaşlar bu cür vədlərə aldanmamalıdırlar.

 

Onu da qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyaları onlara paylanmış "Fermer kartı"na köçürülür. Bu vəsaitin 25 faizi nağlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.

Xəbər lenti

Çox oxunanlar