Xəzər Xəbər

Bura paytaxdakı yeni peşə təhsil mərkəzidir - Hər cür şərait var - VİDEO

Veb TV | 19:33 • 19 Sentyabr 2019
Bura paytaxdakı yeni peşə təhsil mərkəzidir -

Bakıda Koreya təhsil standartları əsasında yaradılan yeni peşə təhsil mərkəziilk tələbələrini qəbul edib. İlk pilot təhsil müəssisəsi ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə avtomobil diaqnostikası və təmiri , elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner ,proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.

Müxtəlif maşın ehtiyyat hissələri, qaynaq üçün lazım olan bütün avadanlıqlar. Bura paytaxdakı yeni peşə təhsil mərkəzidir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə təhsil mərkəzi Koreya höküməti ilə birlikdə tikilib və bu ildən ilk tələbələrini qəbul edib.

Qeyd edək ki, burdakı tələbələr 1 illik təhsil sistemindən yararlanacaqlar. Gələn ildən isə 1 və 3 illik təhsil almaq imkanı veriləcək.

Xəbər lenti