Xəzər Xəbər

Broyler toyuğunu ''kənd toyuğu'' adı ilə satanlar ifşa edildi - cinayət işi açıldı - VİDEO

Veb TV | 19:50 • 26 Sentyabr 2018
Broyler toyuğunu ''kənd toyuğu'' adı ilə satanlar ifşa edildi -

Abşeronda broyler toyuğunu ''kənd toyuğu'' adı ilə satan şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə açıqlama yayıb. Adı çəkilən qrumların əməkdaşları müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirərkən Abşeron rayonunun Masazır qəsəbəsində Əlfiqar Rəsulov və Fizuli Hacıyevə məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexi aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına təhlükə yaratmaqla cəmi 1664 sayda broyler istehsalı olan toyuq və 68 kq toyuq içalatını rəngləyərək ''kənd toyuğu'' adı altında satıblar.

Agentlik tərəfindən aşkar edilmiş hüquq pozuntusu ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar toplanmış materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Əlfiqar Rəsulov və Fizuli Hacıyev barəsibdə Cinayət Məcəlləsinin dələduzluq, etibardan sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə və qanunsuz sahibkarlıq, vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə maddələri ilə cinayət işi başlanıb.

Agentliyin Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində Əlfiqar Rəsulova məxsus kəsim sexindən götürülmüş serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu aşkar edilib.

Həmçinin su nümunələrində aparılan müayinələr nəticəsində işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən bağırsaq çöpü qrupu bakteriyaları da aşkar edilib. Toyuğun rənglənməsində istifadə olunan boyaq maddənin xromotoqrafiya üsulu ilə müayinəsi nəticəsində qida sənayesində istifadəsinə icazə verilməyən kimyəvi maddə olduğu üzə çıxıb.

Əlfiqar Rəsulov ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları alaraq ona məxsus həyətyanı sahədə yerləşən tikilidə sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimi ilə məşğul olub. O, toyuqları ayrı-ayrı ticarət obyektlərinə sataraq 23 min 407 manat, Fizuli Hacıyev isə 1548 manat dəyərində pul əldə edib. Hər iki şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti