Xəzər Xəbər

TANAP layihəsi üzrə işlərin 82 faizi yekunlaşıb - VİDEO

Veb TV | 19:41 • 20 Sentyabr 2017
TANAP layihəsi üzrə işlərin 82 faizi yekunlaşıb -

''TANAP layihəsi üzrə işlərin 82 % , TAP layihəsi üzrə isə 50 % yekunlaşıb''.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ''Neftçilər günü'' ilə bağlı keçirilən tədbirdə məlumat verib.

SOCAR prezidenti görülən işlərdən danışarkən bildirib ki, bu ilin 8 ayında şirkət üzrə 93 min 646 metr qazma işi görülüb və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. "Ümid", "Günəşli", "Çilov", "Neft Daşları", "Darvin bankası", "Bulla-dəniz", "Qərbi Abşeron", quruda yerləşən "Qaradağ", "Pirallahı", "Səadan" yataqlarında qazma işləri uğurla davam etdirilir.

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə Azərbaycanın neft tarixindən danışarkən "Azəri-Çıraq-Günəşli" yatağını Allahdan ölkəmizə verilmiş nemət adlandırıb. O, bu yatağın 2050-ci ilə qədər BP və onun tərəfdaşları tərəfindən işlənilməsi sazişinin Azərbaycana həm valyuta, həm də böyük təcrübə gətirəcəyini bildirib.

Tədbirin sonunda ötən il ərzində işində fərqlənən neftçilərə mükafatlar verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti