Xəzər Xəbər

Tilovlarını hazırladılar, qarmaqlarına yem keçirib suya atdılar VİDEO

Veb TV | 20:23 • 14 Sentyabr 2019
Tilovlarını hazırladılar, qarmaqlarına yem keçirib suya atdılar

Tilovlarını hazırladılar, qarmaqlarına yem keçirib suya atdılar. Ölkənin müxtəlif bölgələrindən gələn 50-dən artıq balıqçı Şəmkirdəki su hövzəsində ustalıq və bəxtlərini sınadılar.

Tilovlarla balıqtutma yarışının keçirilməsində məqsəd qadağan edilən vaxtlarda torlarla balığın kütləvi şəkildə ovlanmasına qarşı çıxmaqdır. Həmçinin, şəhidlərin xatirəsini yad edərək onları tanıtdırmaqdır.

Həvəskar balıqçılar müəyyən edilmiş qaydalar haqqında təlimatlandırıldıqdan sonra yarışa start verilib.

Bir sutkanın sonunda tutulmuş balıqların miqdarına görə 3, ən böyük balığa görə isə 1 qalib mükafatlandırılacaq.

Turnirə qatılan balıqçılar da həm hobbiləri ilə məşğul olmaqdan , həm də brakonyerliklə mübarizə məqsədi daşıyan müsabiqədə iştirak etməkdən zövq aldıqlarını deyiblər.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti