Xəzər Xəbər

“Şəhərdən Kəndə” layihəsinə start verilib VİDEO

Veb TV | 20:27 • 14 Sentyabr 2019
“Şəhərdən Kəndə” layihəsinə start verilib

Onlar Paytaxdan kəndə gedərək sözün əsl mənasında kənd həyatı yaşadılar. Kənddə müxtəlif meyvə-tərəvəzlərin yığılmasında, təsərrüfatda saxlanılan ev heyvanlarının bəslənməsində iştirak edərək həm də şstşrahət etdilər.

Görüntülər İsmayıllı rayonunun Təzəkənd kəndindəndir. ''Şəhərdən Kəndə" aqroekoturizm layihəsi çərçivəsində ilk tur İsmayıllı rayonunun Təzəkənd kəndinə təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" Açıq Səhimdar Cəmiyyəti və turizm şirkətlərindən birinin birgə təşkil etdiyi tur iştirakçılara unudulmaz anlar yaşadıb.

Tur iştirakçıları İsmayıllı rayonunun gözəllikləri ilə yanaşı kənd həyatı və yerli əhalinin həyat tərzi ilə də yaxından tanış olub, kənd məhsulları ilə səhər yeməyi yeyiblər.Bununla yanaşı, Tur çərçivəsində iştirakçılar yerli fermer təsərrüfatlarına səyahət edib müxtəlif tərəvəzlərin becərilməsi, yığılması, qablaşdırılmasında, həmçinin təsərrüfatda saxlanılan ev heyvanlarının bəslənməsində iştirak ediblər.

"Aqrar tədarük və təchizat" Açıq Səhimdar Cəmiyyətinin layihələr üzrə baş məsləhətçisi Fidan Alıyevanın sözlərinə görə, ''Şəhərdən Kəndə" layihəsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahını yüksəltmək, şəhər əhalisinin və xarici turistlərin asudə vaxtlarını daha da maraqlı keçirməsinə töhfə verməkdir. Layihədə iştirak edən fermerlərə əvvəlcədən məsləhətlər verilir,onlara köməklik göstərilir.

Layihənin icrası bölgələrdə turizm potensialının güclənməsinə, kənd yerlərində yeni xidmət sahələrinin yaranmasına da təkan verəcək.

Layihənin digər bir məqsədi isə həyata keçiriləcək ekoloji və aqrar maarifləndirmə sayəsində əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların torpağa bağlılığının artırılmasına nail olmaqdır.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti