Xəzər Xəbər

Bu yolda avtomobillər öz-özünə hərəkət edir - VİDEO

Veb TV | 19:25 • 15 İyul 2019
Bu yolda avtomobillər öz-özünə hərəkət edir -

Şamaxıda düz yolda avtomobillər öz-özünə hərəkət edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Şamaxının Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsindən gedir.

Şamaxı rayon sakini Elsəvər Rəsulov deyir ki, bu yoldan bir neçə dəfə istifadə edib. Hər dəfə də eyni hadisə ilə qarşılaşıb. Yolun 3-4 kilometrlik hissəsində avtomobilin sürəti getdikcə azalır və əks istiqamətdə hərəkət edir.

Elsevər Rəsulov Qobustan, Ağsu, İsmayıllı və Şamaxı istiqamətində dəfələrlə avtomobil idarə edib. Lakin belə halla ilk dəfədir ki, qarşılaşdığını deyir. O, əvvəlcə belə qənatə gəlib ki, avtomobilin mühərrikində problem yaranıb. Sonradan isə anlayıb ki, həmin ərazidən keçən hər bir maşında bu hadisə təkrarlanır.

Sürüclərin sözlərinə görə, bu hal həmin yolda iki yerdə baş verir.

Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, bu məsələ ilə bağlı onlara hər hansı bir müraciət daxil olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti