Xəzər Xəbər

Metroda siqaret çəkənin kimliyi müəyyənləşdirilir - VİDEO

Veb TV | 18:58 • 15 İyul 2019
Metroda siqaret çəkənin kimliyi müəyyənləşdirilir -

Bakı metrosunda orta yaşlı kişi siqaret çəkib.

Xezerxeber.az-ın məlumatına görə, dünən axşam saatlarından etibarən sosial şəbəkələrdə bunu əks etdirən videogörüntü yayılıb.

Görüntülər vətəndaşlar tərərəfindən ciddi müzakirələrə səbəb olub. Bildirilib ki, dünən axşam saatlarında orta yaşlı bir kişi qatarda siqaret çəkməyə başlayıb.Onun bu hərəkətini üzbəüz oturan digər sərnişin lentə alıb. Videodan görünür ki, həmin şəxs ardıcıl olaraq bir neçə siqaret çəkib və kötüyünü yerə atıb.

"Bakı Metropoliteni" QSC-dən "Xəzər Xəbər"ə bildirilib ki, hazırda həmin hadisənin dəqiq nə zaman və hansı stansiyada baş verdiyi araşdırılır. Metropolitenin daxilində olan polis bölməsi tərəfindən də paralel şəkildə araşdırma aparılır. O da bildirilib ki, metropolitenin daxilində tütün məmulatlarından istifadə qadağandır. Belə hallarla qarşılaşan vətəndaşların əvvəlcə maşinistə xəbər vermələri tövsiyə edilir. Bununla yanaşı, vətəndaşlar belə hallarda metroda xidmət aparan polislərə və metropolitenin digər işçilərinə məlumat verə bilərlər.

"Bakı Metropoliteni" QSC-nin Departament rəisi Tərlan Dadaşovun sözlərinə görə, araşdırmaların nəticəsindən asılı olaraq həmin şəxs haqqında İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti