Xəzər Xəbər

Azərbaycanda dovşan təsərrüfatlarının sayı artır - VİDEO

Veb TV | 19:42 • 7 İyun 2019
Azərbaycanda dovşan təsərrüfatlarının sayı artır -

Azərbaycanda dovşançılığa marağın artması bu sahə ilə məşğul olan təsərrüfatların sayını da çoxaldıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda fərdi təsərrüfatlarda 160-a yaxın fermer tərəfindən 8000 dovşan bəslənir. Dovşan ətinə tələbat isə artmaqda davam edir.

Dovşan saxlamaqla məşğul olan fermerlər deyir ki, bu ətə maraq göstərənlər az deyil. Ancaq onun faydaları kifayət qədər bilinsə, müştərisi daha da çoxalar.

Dovşançılar Assosiasiyası tərəfindən bu sahənin inkişafı məqsədilə müxtəlif tədbirlər görülür. Hazırkı mərhələdə isə damazlıq, cins və seleksiya ilə bağlı problemlərin həlli istiqamətində iş aparılır.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Dovşançılar Assosiasiyasına daha yaxşı dəstək verə bilmək üçün Türkiyədə təcrübə keçmiş gənc mütəxəssisləri işə cəlb edib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda sözügedən sahənin problemlərini daha geniş müzakirə etmək üçün konfrans keçirilib, iştirakçılara dovşan ətindən hazırlanmış təamlar təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti