Xəzər Xəbər

Bakıda narkotik əkib-becərən şəxslər tutulub - VİDEO

Veb TV | 18:42 • 7 İyun 2019
Bakıda narkotik əkib-becərən şəxslər tutulub -

Bakıda narkotik tərkibli bitkiləri əkib-becərən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayon 14-cü polis bölməsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqovu saxlayıb. Onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd, ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Narkotik vasitələrin kultivasiyasına qarşı daha bir nəfəri Sabunçu Rayon 42-ci Polis Bölməsinin əməkdaşları saxlayıb. Nardaran qəsəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilən zaman ordan xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd, ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağaverdi Muradovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və 5 ədəd güllə aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti