Xəzər Xəbər

Səsi aydın ötürən qulaq implantatı hazırlanıb

Texnologiya | 13:25 • 23 İyul 2019
Səsi aydın ötürən qulaq implantatı hazırlanıb

İngiltərənin Qrinviç Universitetinin alimləri eşitmə qabiliyyəti az olan insanlar üçün unikal implantat hazırlayıblar. İmplantat eşitməni demək olar ki, 100 faiz təmin edir.


Xezerxeber.az meddaily.ru saytına istinadən xəbər verir ki, yeni implantat ətraf mühitdən gələn səsləri laylar üzrə yazır. Bu, səsli informasiyanı ayırd etməyə imkan verir. Sistemin işləməsi üçün mikrofon qulaq arxasına, əsas qurğu isə kəllə daxilinə yerləşdirilir. Kənardan gələn səslər eşitmə sinirinə birbaşa qoşulmuş daxili qurğuda qeydə alınır və ötürülür. Bu sinir səs siqnallarını beyinə yollayır. Nəticədə maksimal təmiz səs alınır.

Xəbər lenti