Xəzər Xəbər

DƏHŞƏTLİ QƏTL: Anasını tüfənglə güllələdi, qonşuları isə...

Hadisə | 10:30 • 11 Sentyabr 2020
DƏHŞƏTLİ QƏTL:

Türkiyədə dəhşətli qətl hadisəsi yaşanıb.


Hadisə ölkənin Antalya bölgəsində yaşanıb. 35 yaşlı Berk Karan 60 yaşlı anası Seher Fakı ov tüfəngi ilə qətlə yetirib. Səsə gələn qonşuları qapıda qarşılayan oğul "Silah səsini siz də eşitdiniz" deyərək onları lağa qoyub.


Hadisədən bir gün sonra isə Berk polis şöbəsinə gələrək anasını qətlə yetirdiyini etiraf edib. Qadının mənzilinə gələn polislər onun cansız bədənini tapıblar.


Oğlu ifadəsində anasından evini satıb, İstanbula onun yanına köçməsini tələb etdiyini və qarşılığında rədd cavabı aldığını bildirib. Daha sonra o, mətbəxə keçərək, yemək hazırlayan anasını yaxın məsafədən ov tüfəngi ilə vuraraq, qətlə yetirib./Publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti