Xəzər Xəbər

Sumqayıtda 25 yaşlı qız qonşusu tərəfindən bıçaqlanıb

Hadisə | 10:57 • 23 İyul 2020
Sumqayıtda 25 yaşlı qız qonşusu tərəfindən bıçaqlanıb

İyulun 22-də saat 08 radələrində 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızının bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 


Sumqayıt şəhər prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Araşdırmalarla 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.


Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti