Xəzər Xəbər

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hadisə | 13:48 • 23 İyul 2020
Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıtda ölümlə nəticələnın yol qəzası baş verib.


Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, iyulun 21-i saat 23 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində şəhər sakini F.Aslanov idarə etdiyi "Opel ” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Adilovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyulun 22-də orada ölüb.


Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti