Xəzər Xəbər

Azərbaycanda maskalı şəxslər evə basqın edib- GECƏ SAAT 3-DƏ

Hadisə | 11:03 • 30 İyun 2020
Azərbaycanda maskalı şəxslər evə basqın edib- GECƏ SAAT 3-DƏ

Masallı rayonunda yaşayış evinə maskalı basqın olub.


XəzərXəbər xəbər verir ki, rayonun İsi kəndində 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədovun evinə naməlum şəxslər girib.


Hadisə iyunun 29-da, gecə saat 3 radələrində baş verib. Evə daxil olan üç nəfər naməlum şəxs Fəxrəddin Əhədəova hədə-qorxu gəliblər, ondan pul tələb ediblər. Ev sahibi əvvəlcə onlara pul verməkdən imtina edib. Bu zaman həmin şəxslər ev sahibinə bıçaqla xəsarət yetiriblər, evdə olan 1500 manatı götürərək hadisə yerindən qaçıblar.


Ev sahibi baş verən hadisə ilə bağlı Masallı rayon polis şöbəsinə müraciət edib.


Faktla bağlı Masallı rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti