Xəzər Xəbər

BMT-nin Azərbaycandakı əlaqələndircisinin ailə üzvü koronavirusdan öldü

Hadisə | 11:08 • 30 İyun 2020
BMT-nin Azərbaycandakı əlaqələndircisinin ailə üzvü koronavirusdan öldü

"Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik”.


BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı "Bunu Azərbaycan üçün edin” adlı müraciətində deyib.


Qulam İshaqzai təəssüflə bildirib ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır.


Q.İshaqzai əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır: "Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin. Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!”

Xəbər lenti

Çox oxunanlar