Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, E.Məmmədyarov iyunun 21-22-də Minskdə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.