Xəzər Xəbər

Evdə müalicə edilən COVID-19 xəstəsinin mənzili tərk etməsi qadağandır

Cəmiyyət | 12:45 • 27 İyun 2020
Evdə müalicə edilən COVID-19 xəstəsinin mənzili tərk etməsi qadağandır

Koronavirusa yoluxmuş şəxslərin evdə müşahidəsinə dair sənəd açıqlanıb.


Xezerxeber.az-ın məlumatına görə, sənədə əsasən, COVID-19 xəstəliyinə götürülmüş analiz nəticələri pozitiv çıxan bütün şəxslərə dərhal SMS vasitəsilə müvafiq məlumat və evdə məcburi özünü təcridin davam etdirilməsi barədə xəbərdarlıq göndərilir. Sənəddə statistik göstəricilər və bir sıra ölkələrin tətbiq etdiyi təcrübəyə əsaslanaraq xəstələrin yaş qruplarına görə çeşidlənməsi aparılıb.


Bildirilib ki, 60 yaşdan yuxarı xəstələr 103/113 TTTY xidməti tərəfindən hospitalizasiya üçün birbaşa xüsusi rejimli xəstəxanalara təxliyyə edilir.


Qeyd olunub ki, yaş qrupundan asılı olmayaraq, xroniki xəstəliyi olan şəxslər TƏBİB-in koordinasiyası ilə 103/113 TTTY xidməti tərəfindən ambulator triaj üçün müvafiq xəstəxanalara təxliyyə edilir. COVID-19 xəstəliyinin laborator diaqnozu üçün nümunə götürən 103/113 TTTY xidmət həkimi tərəfindən "Molekulyar Diaqnostika Laboratoriyasına COVİD – 19 göndəriş forması” sənədi dəqiq doldurulmalıdır. Analiz nəticəsi pozitiv çıxan xəstənin faktiki yaşayış ünvanı, sonrakı poliklinik müşahidə üçün, dəqiq göstərilməlidir. Analiz götürülən müddətdən etibarən "Evdə müşahidə edilməyə dair iltizam” sənədi imzalanır. "Qeyd” hissəsində yazılan müddəalarla sənədin qüvvədə olma müddəti tənzimlənir.


"Evdə müşahidə edilməyə dair iltizam”a görə, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. İltizama görə, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti