Xəzər Xəbər

ABŞ-da yaşayan azərbaycanlı COVID-19-dan ölüb

Cəmiyyət | 12:31 • 27 İyun 2020
 ABŞ-da yaşayan azərbaycanlı COVID-19-dan ölüb

ABŞ-ın Nyu-York şəhərində koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Hüseynov Sakit Hüseyn oğlu vəfat edib.


"Report"un ABŞ bürosunun xəbərinə görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün yatdığı xəstəxanada dünyasını dəyişib.


Onu birlikdə yaşadığı ailəsinin razılığı ilə koronavirusdan dünyasını dəyişənlər üçün nəzərdə tutulmuş qaydada Nyu-Yorkda dəfn ediblər.

Xəbər lenti