Xəzər Xəbər

Azərbaycanda qızlara düşən oğlanların sayı yenidən artdı

Cəmiyyət | 09:43 • 3 Oktyabr 2019
Azərbaycanda qızlara düşən oğlanların sayı yenidən artdı

Azərbaycanda 3 il ardıcıl müşahidə edilən nisbətən azalma tempindən sonra ölkədə yenidən hər 100 yenidoğulan qıza düşən oğlanların sayı yenidən artıb.


Trend-in məlumatına görə, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.


2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. Lakin 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib.


Ötən il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların say nisbəti dəyişilməz qalsa da, kənd yerlərində artım baş verib. Ötən il şəhər yerlərində hər 100 qıza 113 (2017-ci ildə 113), kənd yerlərində 116 (2017-ci ildə 114) olub.


Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri elan ediblər ki, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsi davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda təbii surətdə baş vermir".


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı hazırlanıb ki, həmin sənədin də bu il qəbul edilməsi nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti