Xəzər Xəbər

İçdikləri sudan bəlaya düşdülər 215 nəfər yatalağa tutuldu

Cəmiyyət | 18:16 • 2 Oktyabr 2019
İçdikləri sudan bəlaya düşdülər

Sudanda yatalaq kəskin şəkildə yayılıb.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətlə bağlı narahatlığını bildirib.

Belə ki, ÜST-in rəsmi nümayəndəsi Tarik Yazareviç Cenevrədə keçirilən mətbuat konfransında qeyd edib ki, sentyabrın 8-dən bu günə qədər 215 nəfər yatalağa yoluxub. 8 nəfərin isə artıq bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Rəsmi nümayəndə Sudana ÜST ekspertlərinin yola düşdüyünü də qeyd edib. Ezam olunmuş təşkilat ekspertləri Sudanda su mənbələrinin monitorinq edilməsini həyata keçirəcək və tibb müəssisələrində xəstəliyin müalicəsinin aparılmasına nəzarət edəcəklər.

Xəbər lenti