Xəzər Xəbər

Nazirlikdən alınan parkların hamısı bu quruma verildi RƏSMİ

Cəmiyyət | 14:46 • 30 Avqust 2019
Nazirlikdən alınan parkların hamısı bu quruma verildi

Həm Bakı, həm də rayonlar üzrə bütün mədəniyyət və istirahət parkları icra hakimiyyətlərinin balansına verilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında edilən dəyişikliyə əsasən, nazirliyin tabeliyindən çıxarılan mədəniyyət və istirahət parkları ona məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyətiyerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib:

"Əslində, bu qərar 2017-ci ildə qəbul edilib. Həmin vaxt siyahıdan 59 mədəniyyət və istirahət parkı çıxarılmışdı. Bu dəfə isə siyahı tamamlandı. Artıq bütün parklar ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə keçdi".

Qeyd edək ki, Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Qərarın 6-cı bəndinə əsasən, mədəniyyət və istirahət parkları nazirliyin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumların siyahısından çıxarılıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti