Xəzər Xəbər

"Orqan transplantasiyası haqqında" qanuna dəyişikliklərin edilməsi üçün iş aparılır - Millət vəkili

Cəmiyyət | 15:05 • 8 İyun 2019
"Orqan transplantasiyası haqqında" qanuna dəyişikliklərin edilməsi üçün iş aparılır -

Bu gün Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır.


Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb: "Bu gün Azərbaycanın, hətta regionlarında da ürək əməliyyatları uğurla həyata keçirilir. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "Orqan transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Hazırda bu qanuna dəyişikliklərin edilməsi üçün iş aparılır". (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti