Xəzər Xəbər

DİN: Azyaşlı Zəhra Bağırova oğurlanaraq dilənçiliyə cəlb edilib

Cəmiyyət | 14:45 • 8 İyun 2019
DİN: Azyaşlı Zəhra Bağırova oğurlanaraq dilənçiliyə cəlb edilib

Azyaşlı Z.Bağırovanı oğurlayaraq dilənçiliyə cəlb etmiş Masallı rayon sakini T.Nəzərova saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 4-də 2015-ci il təvəllüdlü Z.Bağırovanın Sabunçu qəsəbəsində yaşadığı evdən çıxaraq geri qayıtmamaşı barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.


Müraciətlə əlaqədar Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə azyaşlının Masallı rayon sakini T.Nəzərova tərəfindən oğurlanaraq dilənçiliyə cəlb edilməsi müəyyən edilib.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Nəzərova Q.Qarayev prospektində, metronun "Neftçilər” stansiyasının yaxınlığında Z.Bağırova ilə birgə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.


Uşaq valideynlərinə qaytarılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti