Xəzər Xəbər

Xərçəngdən xilas üçün Səhiyyə Nazirliyinə 20 təklif – “Ağ çörək qadağan edilsin”

Cəmiyyət | 16:31 • 20 May 2019
Xərçəngdən xilas üçün Səhiyyə Nazirliyinə 20 təklif

Türkiyəli professor Canan Karatay sağlam cəmiyyətin qurulması üçün Səhiyyə Nazirliyinə 20 təklif təqdim edib.


Professor konservləşdirilmiş məhsullarının istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb.

O, hesab edir ki, idman sağlamlığın əsas şərtidir.

C.Karatay trans yağların qadağan olunması təklifini də irəli sürüb. Professor bu yağların bədəndə sağlam hüceyrələrin sayını azaltdığını və mutasiyaya səbəb olaraq xərçəng xəstəliklərinə yol açdığını izah edib.


C.Karatayın Səhiyyə Nazirliyinə təqdim etdiyi təklifləri təqdim edirik:


• Həzmi zəiflətdiyi və köklüyə səbəb olduğu üçün ağ çörəyin qadağan edilməsi;


• İstehsal edilən unların tərkibinə kimyəvi maddələrin daxil edilməməsi;


• Sənaye drojunun çörək zavodlarında bişirilən çörək xəmirinə qatılmaması;


• Genetik modifikasiyası dəyişdirilən qidaların heyvan yemi kimi istifadəsinin qarşısının alınması;


• Ənənəvi toxumların təşviqi artırılmalı və fermerlərə dəstək verilməsi;


• Qarğıdalıdan şərbət əldə edilməsinin dayandırılması;


• Qazlı və şəkərli suların inkişaf dövründəki uşaqlara spirtli içkilər kimi qadağan olunması;


• Bitkilərə vurulan pestisidlərin azaldılması və ya tamamilə istifadə olunmaması;


• Hamilə və azyaşlı uşaqlara şəkərin həddindən artıq istifadəsi barədə xəbərdarlıq edilməsi;


• Qidalarda palma və trans yağlarının istifadəsinin qarşısının alınması;


• Konservləşdirilmiş qidaların azaldılması;


• Bal verən arılara əlavə qida verilməsi üçün pətəklərinin yanına şəkərin qoyulmasının qadağan edilməsi.

///BakuPost

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti