Xəzər Xəbər

Bu marşrut xətti "Baku Bus"a keçdi

Cəmiyyət | 10:18 • 22 May 2020
Bu marşrut xətti "Baku Bus"a keçdi
"Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

XəzərXəbər xəbər verir ki, keçirilən monitorinqlər nəticəsində MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.


İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.



Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və "Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.


Xidmətin keyfiyyətinin artırılması məqsədilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları "BakuBus” MMC-yə həvalə olunub.


23.05.2020-ci il tarixindən 30 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti