Xəzər Xəbər

Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan...

Cəmiyyət | 10:52 • 22 May 2020
Azərbaycanın Baş Naziri qərar imzaladı:

Sabahdan Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.

Baş Nazir Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

XəzərXəbər xəbər verir ki, 2020-ci il istehsalat təqviminə uyğun olaraq 24 və 25 may tarixləri Ramazan Bayramına təsadüf edir. Bundan əlavə, 28 may tarixi də Respublika günü olduğu üçün qeyri-iş günü hesab edilir. Qeyd edək ki, Ramazan Bayramının ikinci gününün bazar günü olan 24 may 2020-ci il tarixinə təsadüf etməsi səbəbindən 26 may 2020-ci il tarixi də qeyri-iş günü hesab olunur.

Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin. Beləliklə, xüsusi iş rejiminin tətbiqi nəticəsində beşgünlük iş rejimində 29 may 2020-ci il tarixi qeyri-iş günü olacaq. Altıgünlük iş həftəsində çalışanlar üçün xüsusi iş rejiminin tətbiq dairəsinə isə 3 gün – 23, 29 və 30 may tarixləri təsadüf etdiyi üçün həmin günlər qeyri-iş günləri hesab ediləcək. Yəni, işəgötürən xüsusi əmək rejimi tətbiq edilən günləri qeyri-iş günləri hesab etsə də, həmin günlər üçün işçilərə əmək haqqı hesablamalıdır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti