Xəzər Xəbər

Hamı bu oğurluqdan danışır MARAQLI

Veb TV | 17:34 • 6 Fevral 2014
Hamı bu oğurluqdan danışır MARAQLI

ABŞ-ın Minnesota ştatında dükana oğurluq məqsədilə girən oğru oxuyan balığı eşitdikdə qorxusundan qaçıb.“Big Mouth Billy Bass” adlı oyuncaq balıq və taxtadan ibarətdir. Balığın üzərində yerləşən düyməni basdıqda balıq Talking Heads qrupunun “Take Me to the River” mahnısını oxuyur. Oğrunun soymağa çalışdığı dükanın girişində həmin balıq qoyulub. 

Balıq dükana gələn müştəriləri qarşılamaq üçün nəzərdə tutulub, lakin oğru bunu gözləməyib. Onu qorxudan oyuncağı sındırdıqdan sonra tutulmamaq üçün hadisə yerindən heç nə götürmədən çıxıb gedib. Hətta “göz qabağında olan” pullara belə dəyməyib.

Xəbər lenti