Xaçmazda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb. Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz şəhər ərazisində hərəkətdə olan yük maşını sürücünün sükana nəzarəti itirməsi nəticəsində yoldan çıxaraq qəzaya düşüb.
Nəticədə sürücü həyatını itirib.
Hadisə yerinə cəlb edilən xilasedicilər sürücünün meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Tərtərdə də yol qəzası olub. Hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə iki minik avtomobil toqquşub. Nəticədə sürücülərdən biri, 35 yaşlı İsrafil Həsənov dünyasını dəyişib. Digər sürücü 49 yaşlı Rövşən Əliyev isə xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.