Xəzər Xəbər

"Forbes"in siyahısında yer alan azərbaycanlı gənc "Xəzər Xəbər"ə təəssüratlarını bölüşüb VİDEO

Veb TV | 21:42 • 10 Aprel 2024
"Forbes"in siyahısında yer alan azərbaycanlı gənc "Xəzər Xəbər"ə təəssüratlarını bölüşüb

Azərbaycanlı gənc dünyaca məhşur biznes jurnalı olan "Forbes"in siyahısında yer alıb. Günay İmanzadə minlərlə şəxsin arasından seçilərək jurnalın  30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. 

Xezerxeber.az-ın məlumatına görə, Avropa üzrə "Təhsil, biznes və digər sahələrdə sosial təsir" kateqoriyasında yer tutan həmyerlimiz "Metatesk" startapının təsisçisidir.  Günay İmanzadə  deyir ki, siyahı üzrə namizədlər çox olsa da seçim şərtlərini ödəyən az iştirakçı var idi.

Onun sözlərinə görə o, builki siyahıda yeganə azərbaycanlıdır.

Qeyd edək ki, Günay İmanzadə 2023-cü ildə innovasiya sahəsi üzrə gənclər üçün Prezident mükafatına layiq görülüb. Təsisçisi olduğu startap "Teknofest" festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar