Xəzər Xəbər

Məscidlərdə bayram namazı qılınıb VİDEO

Veb TV | 19:50 • 10 Aprel 2024
Məscidlərdə bayram namazı qılınıb

Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Xezerxeber.az xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.

İllər sonra ilk dəfə bütov və suveren Azərbaycanda bayram namazı qılınıb. Bu gün məscidlərdə izdiham yaşanıb.

Məscidlərə axın edənlər başlarını səcdəyə qoyaraq Allaha daha yaxın olmağa çalışıblar. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. 

Allahşükür Paşazadə builki Ramazan bayramının xüsusi əhəmiyyətə malik olduğunu bildirib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar