Xəzər Xəbər

Ağdaşda tunelə su dolub - Sakinlər üçün çətin vəziyyət yaranıb VİDEO

Veb TV | 20:07 • 9 Aprel 2024
Ağdaşda tunelə su dolub - Sakinlər üçün çətin vəziyyət yaranıb

Ağdaş rayonun Hüşün kənddində tunelə su dolub.

Nəticədə həmin tuneldən istifadə edən sakinlər üçün çətin vəziyyət yaranıb.

Sakinlərin dediyinə görə, tunelə yayda əkin sahələrindən çıxan su, payızda isə yağış suları dolur.

Xezerxeber.az-ın məlumatına görə, Ləki-Qəbələ dəmiryol xətti üçün inşa edilən tunelə yağış suları dolur. Belə olan təqdirdə yolda avtomabillərin hərəkəti çətinləşir.

Sakinlərin sözlərinə görə, ən acınacaqlı vəziyyət yolda hərəkət edən piyadalar üçün olur.

Bununla bağlı kənd sakinləri yerli qurumlara dəfələrlə müracitdə ediblər, lakin bu günə qədər heç bir nəticəsi olmayıb.

Məsələ ilə başğlı “Azərbaycan Dəmir Yolları” QSC-dən şifahi olaraq bildirdilər ki, sözügedən tunel dəmir yolu keçidlərində qatarlarla avtonəqliyyat vasitələrinin mümkün toqquşmalarının qarşısını almaq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə inşa edilib. Səsləndirilən problemlə bağlı qurumun nümayəndələri tuneldə müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə görüş keçirməyi planlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar