Xəzər Xəbər

Cəlilabadda torpaq sürüşməsi fəsadlara yol açıb VİDEO

Veb TV | 21:41 • 27 Mart 2024
Cəlilabadda torpaq sürüşməsi fəsadlara yol açıb

Son günlər yağan yağışların intensiv hal alması səbəbindən Göytəpəçayın kənarında olan  torpaq axını fəsadlara yol açıb. Nəticədə  bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad rayonu, Göytəpə şəhərində torpaq sürüşməsi davam edir. Sürüşmə nəticəsində evlərdə çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, artıq bəzi fərdi yaşayış evlərinin divarlarında yeni çatlar meydana gəlib.

Sakinlər problemdən çıxış yolu kimi çay kənarında sahilbərkitmə işlərinin aparılmasını görürlər.

Cəlilabad Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, sürüşmə zonasına Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən baxış keçirilib. Araşdırmanın nəticəsi olaraq problemin hansı istiqamətdə həll olunacağı ilə bağlı rəy veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar