Xəzər Xəbər

Bayramqabağı avtovağzallarda sıxlıq yaşanır VİDEO

Veb TV | 20:30 • 18 Mart 2024
Bayramqabağı avtovağzallarda sıxlıq yaşanır

Bu gündən başlayaraq bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov "Xəzər Xəbər"ə bildirib.

Tural Orucov bildirdi ki, sərnişin tələbatı nəzərə alınaraq xəttə əlavə nəqliyyat vasitələri də buraxılacaq...

Bildirildi ki, sərnişinlər daha çox şimal və şimal qərb istiqamətlərinə üz tuturlar.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları da bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq reyslərin sayı artırılıb.

Bildirildi ki, bakıdan Ağstafaya əlavə olaraq 8 reys təyin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar