Xəzər Xəbər

Şuşalıların doğma yurda qayıdışı üçün hazırlıq işləri aparılır VİDEO

Veb TV | 22:00 • 7 İyun 2023
Şuşalıların doğma yurda qayıdışı üçün hazırlıq işləri aparılır

Şuşadakı yaşayış kompleksi 23 binadan ibarət olacaq.

Səkkiz binanın tikintisinə ötən il iyulun 1-də başlanılıb. Digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılması nəzərdə tutulur.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Aydın Kərimov qeyd edib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti