Xəzər Xəbər

"Oğlum İranda müdafiəsiz ittiham olunur” VİDEO

Dilarə Əsgərova oğlunun vəziyyətindən çox nigarandır
Veb TV | 19:33 • 2 İyun 2023
"Oğlum İranda müdafiəsiz ittiham olunur”

İranda itkin düşən və sonradan casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbənin anası Dilarə Əsgərova "Xəzər Xəbər"ə açıqlama verib.

Xezerxeber.az-ın məlumatına görə, Dilarə Əsgərova deyib ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 27 yaşlı Fərid Səfərliyə qarşı olan bu  ittiham saxtadır.

"Oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik. Fərid İranda müdafiəsiz ittiham olunur”, - deyə o bildirib.

Dilarə Əsgərova oğlunun indiki vəziyyətindən çox nigaran olduğunu bildirib.

Qeyd edək ki, həmyerlimizlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi İrana nota verib.

Xatırladaq ki, Fərid Səfərli fevralın 20-də Almaniyada təhsil aldığı universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. Fərid Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti