Xəzər Xəbər

Mərakeş çəyirtkələri bölgədə...Əkin sahələrinə TƏHLÜKƏ var VİDEO

Veb TV | 21:42 • 1 İyun 2023
Mərakeş çəyirtkələri bölgədə...Əkin sahələrinə TƏHLÜKƏ var

Bir neçə gündür Lerik rayonunun Barzavu və Ambu kəndlərindəki əkin sahələrinə Mərakeş çəyirtkələri daraşıb.

Xezerxeber.az xəbər verir ki, ziyanvericilər ilk olaraq ərazidə heyvan otaran çobanlar tərəfindən aşkar olunub. Onlar bu barədə kənd sakinlərini və aidiyyəti orqanları məlumatlandırıblar.

Çəyirtkələrin əkin sahələrinə yayılmasının  qarşısını  almaq üçün  Lerik  bitki mühafizə mərkəzi tərəfindən mübarizə tədbirlərinə başlanıb.

Qeyd edək ki, çəyirtkələr 50 hektara yaxın əkin sahəsinə daraşıb. Mütəxəssislərin sözlərinə görə əgər qabaqlayıcı tədbirlər görülməzsə Mərakeş çəyirtkələri istənilən əkin sahəsini qısa müddət ərzində yararsız hala sala bilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti