Xəzər Xəbər

Kremlə dron hücumunun arxasında ABŞ dayanmır AĞ EV/video

Veb TV | 17:18 • 4 May 2023
Kremlə dron hücumunun arxasında ABŞ dayanmır

Kremlə dron hücumunun arxasında ABŞ dayanmır. Rusiyanın bu iddiaları yalandır.

Xezerxeber.az xəbər verir ki, bunu Ağ Evin rəsmisi Con Körbi yerli telekanallara müsahibəsində deyib.

Körbi  Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovu yalan danışmaqda ittiham edib.

"Mən sizi əmin edirəm ki, orada ABŞ iştirak etməyib. O hər nə idisə də, bizimlə əlaqəli deyil. Peskov sadəcə olaraq yalan danışır”, - Körbi bildirib.

Kremlə dron hücumunun görüntülərini yenidən təqdim edirik: 

Xəbər lenti