Xəzər Xəbər

Gəncədə olan bu məktəb sanki "müharibə"dən qalıb VİDEO

Veb TV | 19:30 • 4 May 2023
Gəncədə olan bu məktəb sanki "müharibə"dən qalıb

Son dövrlərdə əsaslı təmir edilən və yenidən inşa olunan məktəblərin sayı günü-gündən artır.

Xezerxeber.az xəbər verir ki, buna baxmayaraq hələ də baxımsızlıqdan əziyyət çəkən təhsil ocaqları qalmaqdadır. Belə müəssisələrdən biri də Gəncədəki 24 nömrəli tam orta məktəbdir.

Məktəbin vəziyyətindən şikayət edən valideynlər deyir ki, içəridə vəziyyət çöldəkindən də betərdir. Yəqin, elə buna görə də məktəb rəhbərliyi bu vəziyyəti kameralardan gizlətmək yolunu seçib.

Əksər valideynlər məktəbdə tədrisin keyfiyyətindən razılıq etsələr də təmirsizlik və şəraitsizliklə bağlı gileylidirlər.

Hətta özləri də bu məktəbdən məzun olan bəzi valideynlər deyir ki, vəziyyət elə o zamandan bu cürdür.

Məktəbin ətraf yolları, həyətyanı sahəsi, idman meydançasının vəziyyəti ilə bağlı isə heç danışmağa dəyməz.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, əsaslı və cari təmirə, eyni zamanda yenidən tikilməsinə ehytiyacı olan məktəblərin siyahısı tərtib olunub, bununla bağlı müvafiq işlər həyata keçirilib.

“Sözügedən məktəbdə isə mərhələli şəkildə təmir işləri görüləcək.”

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti