Xəzər Xəbər

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür VİDEO

Veb TV | 20:27 • 28 Mart 2023
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Xezerxeber.az-ın məlumatına görə, yarandığı tarixdən etibarən təhlükəsizlik orqanları 3 fərqli siyasi mərhələdən keçərək müasir dövrə çatıb.

Xidmətin inkişafının ilk mərhələsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Qısa müddəti əhatə edən bu dövrdən sonra təhlükəsizlik orqanları çox gərgin, çətin bir zaman kəsiyində fəaliyyət göstərib. Sovet dövründə təhlükəsizlik orqanlarının inkişafında ulu öndər Heydər Əliyevin böyük rolu olub. Onun prinsipiallığı sayəsində Xidmətin milliləşdirilməsi siyasəti həyata keçirilirdi.

Müstəqilliyimizin ilk illərində məhz ümummilli liderin iradəsi sayəsində Xidmətin yenindən təşkili istiqamətində ciddi addımlar atıldı. Peşəkar kadrların hazırlanması isə prioritetlərdən idi.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında yetişən peşəkar kadrlar milli maraqlarımızın təmin olunmasına mane olan daxili və xarici təhlükələrə, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya və digər sahələrə təsir edə biləcək təhdidlərə qarşı əzmlə, peşəkarlıqla mübarizə aparırlar. Vətən müharibəsində də bunun əyani şahidi olduq.

İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı parlaq qələbədən sonra regionda yeni geosiyası reallıq yaranıb. Yeni dövr DTX əməkdaşlarının üzərinə böyük məsuliyyət qoyur. Çünki qələbəmizi həzm edə bilməyən dövlətlər ölkəmizə müxtəlif qüvvə və vasitələrlə təzyiq göstərməyə çalışırlar.

DTX əməkdaşları davamlı təhdidlərə qarşı hər saniyə tətikdədirlər, gecə-gündüz demədən dövlətçiliyimizə, milli maraqlarımıza qarşı yönələcək istənilən təhlükələrə qarşı yumruq kimi birləşərək layiqli cavab verməyə hazırdırlar. Çünki onlar üçün yaşam şüarı belədir: ''ÖNCƏ VƏTƏN''...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti